UNICEF rəhbəri Qəzzanı uşaqlar üçün dünyanın ən təhlükəli yeri ADLANDIRDI
UNICEF-in icraçı direktoru Ketrin Rassel Qəzza zolağının yenidən uşaqlar üçün ən təhlükəli yerə çevrildiyini bildirib və münaqişə tərəflərini onları qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
"Bu gün Qəzza növbəti dəfə uşaqlar üçün ən təhlükəli yerə çevrilib. Münaqişənin bütün tərəfləri harada olurlarsa olsunlar, bütün uşaqların həyatını və rifahını qorumaq üçün mümkün olan hər şeyi etməlidirlər. Uşaqlar daha ölməməlidirlər,”- Rasselin X sosial şəbəkəsində yazısında deyilir.
Yusif EYVAZLI