Çexiya Ukraynaya hərbi yardım göndərə BİLMƏYƏCƏK
Çexiya Ukraynaya öz ehtiyatlarından əlavə hərbi yardım göndərə bilməyəcək.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyinin rəhbəri Jana Çernoxova X sosial şəbəkəsində bildirib.
"Biz Ukraynaya yalnız bacardıqlarımızı göndərdik ki, bu, Çexiyanın müdafiə qabiliyyətini təhdid etməsin. Anbarlarımızdan Ukraynaya daha çox mal göndərə bilməməyimiz həqiqətdir", - mesajda deyilir.
Yusif EYVAZLI