Rusiya Aİ-nin əsas taxıl tədarükçüsü postuna geri qayıtdı

 10:50 02.12.2023     246

Rusiya 2022-ci ilin martından bəri ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) ən yaxşı taxıl tədarükçüləri ölkələri sırasına qayıtdı.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, sentyabrda Avropa ölkələri Rusiya taxılının idxalını kəskin şəkildə artırıb.

Artım ayda 22 faiz olub. İllik olaraq bu rəqəmlər 10 dəfə artaraq 180 min tona çatıb. Bu, Moskvaya Aİ ölkələri arasında ən böyük taxıl ixracatçısı olan ilk beşliyə və dərhal dördüncü yerə qayıtmağa imkan verib. Birinci yeri 1,2 milyon tonla Ukrayna , ikinci yeri 1,1 milyon ton ixrac edən Braziliya tutub. Türkiyə 204 min tonla üçüncü yeri tutub.

Humay İSGƏNDƏRLİ