"İsrailin Qəzzaya hücumlarını yenidən başlatması qəbuledilməzdir"
Vermontdan olan ABŞ senatoru Berni Sanders, İsrailin Qəzzaya hücumlarını bərpa etməsinin qəbuledilməz olduğunu bildirib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Sanders "X" sosial media platformasındakı paylaşımında İsrailin Baş naziri Benyamin Netanyahunu münaqişədə “humanitar fasiləni” uzatmağa çağırıb.
Senator Sanders qeyd edib ki, Qəzzaya daha çox humanitar yardımın daxil olması və daha çox əsiri azad etmək üçün “humanitar fasilə” uzadılmalıdır.
Humay İSGƏNDƏRLİ