İsrail 2 SEPAH üzvünü Suriyada öldürdü
İki SEPAH üzvü Suriyada İsrail tərəfindən öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, İran İslam İnqilabı Keşikçisi Korpusunun (SEPAH) iki üzvü - Məhəmmədəli Ətai Şorçe və Pənah Tağızadə Suriya İslami Müqavimət Cəbhəsində məsləhət missiyasını yerinə yetirərkən İsrail ordusu tərəfindən öldürülüb.