Dinc əhaliyə hücumlar özünümüdafiə sayıla bilməz - Türkiyə XİN
“İsrail fələstinlilərə zülm etməyə və onların fundamental azadlıqlarını məhv etməyə davam etdikcə daha çox müqavimətlə üzləşəcək”.
Redaktor.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Tütkiyə XİN-nin sözçüsü Öncü Keçelinin İsrail XİN-ə cavabında deyilir.
Qeyd olunub ki, “mövcud problemin təməlində İsrailin işğalçı münasibəti, ekspansionist addımları və qanunlara, insan haqlarına tamamilə məhəl qoymayan zülmkar hərəkətləri dayanır”.
Türkiyə XİN-nin sözçüsü dinc əhaliyə qarşı amansız hücumların heç bir halda özünümüdafiə sayılmadığını da vurğulayıb.