Türkiyə Silahlı Qüvvələri 3 terrorçunu zərərsizləşdirdi

 14:14 03.12.2023     227

Türkiyə Silahlı Qüvvələri terrorçuları öz yuvalarında zərərsizləşdirməyə davam edir. Pəncə-Kilit Əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada, "Terroru birdəfəlik aradan qaldırmaq üçün qətiyyətli və qərarlıyıq" deyilir.