Filippin sahillərində güclü zəlzələ baş verdi
Filippin sahillərində 6,7 maqnitudada zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri təxminən 67,5 min nəfərin yaşadığı Bisliq şəhərindən (Mindanao adası) 78 km şimal-şərqdə olub, zəlzələ ocağı 38 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.