Münhen hava limanında qar səbəbindən təyyarə aşdı
Münhen hava limanında Avstriyanın "Bairline" aviaşirkətinə məxsus biznes təyyarəsi qarın üzərində arxa gövdəsinə tərəf aşıb.
Redaktor.az xəbər verir ki, bu barədə şirkət və hava limanının mətbuat xidmətindən məlumat verilib.
Aeroportun mətbuat xidmətinin bildirdiyinə görə, təyyarə artıq ilkin vəziyyətinə qaytarılıb.
Bundan əvvəl Münhen hava limanının mətbuat xidməti, bazar günü, dekabrın 3-də Münhen hava limanında planlaşdırılan 880 uçuşdan 560-a yaxınının ləğv ediləcəyini bildirmişdi (APA).