İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır
İsrail hərbçiləri sakinlərin Qəzza zolağının ikinci ən böyük şəhəri Xan Yunisə təxliyəsi əmri verilən zonanı genişləndirib.
Redaktor.az-ın məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
Nəşrin məlumatına görə, İsrail ordusu Xan Yunis və ətraf şəhərdəki ən azı 5 bölgənin əhalisini təhlükəsizlik baxımından bu yerləri tərk etməyə çağırıb.
Yerli sakinlərin sözlərinə görə, İsrail hərbçiləri müvafiq xəbərdarlıq vərəqələri səpələyiblər.
Xəbərdarlıqda “Xan Yunis şəhəri təhlükəli döyüş bölgəsidir”, - deyilir.
Agentliyin məlumatına görə, dekabrın 3-nə keçən gecə Xan Yunis, Rəfah yaxınlığında və anklavın şimalındakı yerlərdə irimiqyaslı bombardman olub (report).