İndoneziyada daşqın zamanı 1 nəfər öldü, 11 nəfər itkin düşdü

 17:38 03.12.2023     268

İndoneziyanın Şimali Sumatra əyalətində Toba gölü yaxınlığında baş verən daşqın nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsi BNPB məlumat yayıb. Onlarla insan təxliyə edilib və xilasetmə işləri davam edir.

BNPB şənbə günü axşam yaydığı bəyanatda bildirib ki, cümə günü axşam saatlarında Toba gölünün sahilləri boyunca yağan leysan yağış və daşqınlar onlarla evə, kilsəyə, məktəbə və otelə ziyan vurub.

Qeyd edək ki, dünyanın ən böyük vulkanik gölü olan Toba gölü indoneziyalılar və xarici qonaqlar üçün məşhur turizm məkanıdır (apa).