İsrail kəşfiyyat uğursuzluğunun səbəblərini öyrənməlidir - Ağ Ev

 19:42 03.12.2023     258

İsrail Fələstinin radikal HAMAS hərəkatının oktyabrın 7-də ölkəyə hücumunun qarşısını almaq üçün kəşfiyyat xidmətlərinin uğursuzluğuna baxmalı olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə NBC televiziyasına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“İsrailin baş naziri Benyamin Netanyahu artıq bu barədə tam açıq danışaraq, vəziyyəti öz tərəfdən uğursuz adlandırıb. Onlarla lazımi vaxtda məşğul olacaqlar. Amma indi onların diqqətini bu təhlükənin, İsrail əhalisinin əsl soyqırımının aradan qaldırılmasına yönəltmək lazımdır”, - deyə o bildirib.

Kirbi təsdiqləyib ki, ABŞ kəşfiyyatı İsrailin HAMAS-ın planlarından xəbərdar olduğunu, lakin onları ciddi qəbul etmədiyini göstərən sənədləri görməyib.

“Dediyim kimi, bizim kəşfiyyatımız bu məsələyə baxdığını söylədi və hazırda bu barədə İsrail kəşfiyyatının əvvəlcədən bildiyinə dair heç bir əlamət yoxdur”, Kirbi bildirib.