Rusiyada SSRİ dövründə olduğu kimi, iki illlik hərbi xidmət təklif olunur

 23:47 03.12.2023     280

Rusiyada SSRİ dövründə olduğu kimi, iki illlik hərbi xidmətin qaytarılması təklif olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev çıxış edib.

Onun sözlərinə görə, ordunun sayını artırmaq üçün iki illik çağırış müddətini bərpa etmək lazımdır.

Rusiyalı general hesab edir ki, çağırış kontingentini artırmaq lazım deyil.

"Mən başqa yolla gedərdim. İki il hərbi xidmətdə olmalısınız, o zaman çağırışçıların sayı ilə bağlı problem öz həllini tapacaq. İkincisi isə hərbi resursun keyfiyyətli hazırlanmasıdər”, deyə o, "Telegram" kanalında qeyd edib.

Deputatın fikrincə, normal ali təhsil verməyən, gəncləri bu müddət ərzində hərbi xidmətdən azad edən “psevdouniversitetlər”lə də problemi həll etmək lazımdır.

Generalın hesab edir ki, bir il xidmət hazırlıqlı əsgər yetişdirmir.

Qeyd edək ki, dekabrın 1-də Rusiya Silahlı Qüvvələrininn yeni sayı təsdiqlənib.

Belə ki, Rusiya ordusunun sayı 1 milyon 320 min hərbi qulluqçu təşkil edir.

Yəni, təxminən 150 min hərbçi artırılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, say artımının müqaviləli əsgərlər hesabına mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

“Bununla əlaqədar olaraq, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmur. Səfərbərlik nəzərdə tutulmayıb”, - deyə Rusiya MN-dən bildirilib (apa).