Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi
Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın “Bradley” piyada döyüş maşınını qənimət götürdülər.
Redaktor.az xəbər verir ki, bu barədə “Rybar” Telegram kanalı məlumat verib. Bildirilir ki, döyüş maşını arxa cəbhəyə təhlükəsiz şəkildə təxliyə edilib .
Kanalın məlumatına görə, döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.
“Bradley” piyada döyüş maşınlarının Ukraynaya verildiyi bu ilin əvvəlində elan edilib. Ukrayna Silahlı Qüvvələrinin hazırda bir neçə yüz texnikası var.