İsrail Qəzzada quru əməliyyatı zamanı 75 əsgərini itirib

 10:04 04.12.2023     213

Qəzza zolağında döyüşlər nəticəsində İsrail Müdafiə Qüvvələrinin (İDF) daha 3 əsgəri həlak olub və bununla da quru əməliyyatı zamanı həlak olan hərbçilərin sayı 75-ə çatıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin saytında bildirilir.

Məlumata görə, ölənlər arasında hərbi xidmətdə olan 19 yaşlı çavuş, həmçinin 22 və 36 yaşlı iki ehtiyatda olan mayor var. Bununla da oktyabrın 7-dən bəri İDF itkilərinin ümumi sayı 401-ə çatıb.

Bundan əvvəl “The Times of Israel” İsrail ordusunun itkilərinin ümumi sayının 398-ə çatdığını yazıb. İsrail əsgərlərinin  əksəriyyəti HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasının ilk günündə İsrailin cənubunda Fələstin radikal HƏMAS hərəkatının qüvvələri ilə döyüşlərdə həlak olub. 

NƏRGİZ