"Qəzzada daha bir girov ölüb" - KİV

 10:50 04.12.2023     295

İsrail mediası Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları tərəfindən saxlanılan daha bir israilli girovun öldüyünü bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, oktyabrın 7-də qaçırılan 21 yaşlı Yonatan Samarno ölüb. O, iki dostu ilə HƏMAS hücumu zamanı Kibbutz Reimdə musiqi festivalında olub.

"Samarnonun iki dostu öldürüldü, özü də güllələnərək Qəzzaya qaçırıldı",- məlumatda qeyd olunur.

Onun cəsədi hələ də HƏMAS-ın əlindədir. Gəncin ailəsinə onun ölümü barədə bazar günü axşam məlumat verilib. Onunla vida mərasimi bu gün baş tutacaq. İsrail Müdafiə Qüvvələri hələ ki, girovun ölümünü rəsmən açıqlamayıb.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən