İordan çayının qərb sahilində ölənlərin sayı 256-ya yüksəldi

 11:51 04.12.2023     250

Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı 256-ya yüksəlib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin Qalkilya şəhərində apardığı əməliyyat zamanı ordunun atəş açması nəticəsində iki nəfər həlak olub: "İordan çayının qərb sahilində ölənlərin sayı bu ilin əvvəlindən 464-ə, o cümlədən oktyabrın 7-dən 256-ya yüksəldi", - departamentin rəsmi Facebook səhifəsində dərc edilən bəyanatda deyilir. 

NƏRGİZ