"Qəzzaya humanitar yardım ikiqat artırılmalıdır"
Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Kamala Harrislə telefon danışığında Qəzza zolağına humanitar yardım, dərman və ərzaq tədarükünün ikiqat artırılmasının vacibliyini vurğulayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin liderinin ofisi məlumat yayıb.
Məlumata görə, Abbas anklavı mümkün qədər tez su, elektrik enerjisi və yanacaqla təmin etmək, həmçinin xəstəxanalar və əsas tibbi müəssisələrin öz işini bərpa edə bilməsi üçün lazımi yardımı göstərmək üçün səy göstərməyə çağırıb.
“Abbas ABŞ-ın vitse-prezidentini Fələstin Dövlətinin Təhlükəsizlik Şurasının qərarı ilə BMT-yə tamhüquqlu üzv qəbul etməsindən başlayaraq beynəlxalq hüququn qətnamələrinə əsaslanan iki dövlətli həllin həyata keçirilməsi istiqamətində işləməyə hazır olduğuna əmin edib”, - ofisdən verilən açıqlamada deyilir.
NƏRGİZ