"Qərb İsrailin Qəzza ətrafındakı bufer zonasına dəstək olub-olmayacağından əmin deyil" - "Haaretz"
Qərb ölkələri İsrailin anklavda quru əməliyyatı başa çatdıqdan sonra HƏMAS hücumlarının qarşısını almaq üçün Qəzza zolağı ətrafında müvəqqəti bufer zona yaratmaq planına dəstək olub-olmamasını müzakirə edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail belə bir zonada nə qədər müddətə fəaliyyət göstərmək niyyətində olduğunu və orada uzunmüddətli hərbi mövcudluğunu saxlamağı planlaşdırıb-qalmayacağını dəqiqləşdirməyib:
"Biz aydın cavablar almırıq və bu, əməliyyatın əsl məqsədi ilə bağlı narahatlığı artırır", - "Haaretz" Qərb diplomatik mənbəsinə istinadən yazıb.
Dekabrın 3-də “The Times of Israel” rəsmi şəxsə istinadən yazıb ki, İsrail quru əməliyyatı başa çatdıqdan sonra anklavda qoşun buraxmağı deyil, Qəzza zolağı ilə sərhəddə təhlükəsizlik bufer zonası yaratmağı planlaşdırır. Nəşrin məlumatına görə, yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu bu planları ABŞ dövlət katibi Antoni Blinkenlə bölüşüb.
NƏRGİZ