Abdullahian Rusiyaya gedir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfər edəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Naser Kənani bildirib.
Abdullahian dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak edəcək.
Digər təfərrüatlar açıqlanmır.