Ukraynada daha bir Rusiya generalı MƏHV EDİLDİ
Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.
O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib.
“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”, - o yazıb.
Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.