"Qəzzada öldürülənlərin əksəriyyəti HƏMAS yaraqlılarıdır"
İsrail hakimiyyəti hesab edir ki, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində həlak olanların əsas hissəsini Fələstinin HƏMAS hərəkatının yaraqlıları təşkil edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News” Qüds merinin müavini Həsən-Naum məlumat verib.
“Ölənlərin sayının çox olub-olmadığını bilmirik. Əminəm ki, minlərlədir, lakin biz onların əksəriyyətinin yaraqlı olduğunu düşünürük".
Həsən-Naum İsrail hakimiyyətinin “rəqəmlərlə oynamadığını” vurğulayaraq, Fələstin anklavında baş verənlərin “çox faciəli” olduğunu qeyd edib.
Fələstin anklavının Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Qudra dekabrın 3-də bildirib ki, Qəzza zolağında münaqişənin kəskinləşməsi nəticəsində ölənlərin sayı 15,5 mini keçib, 41 mindən çox insan yaralanıb və ölüb.
NƏRGİZ