"Ağ Ev Ukraynaya ayıracaq vəsaiti tükədib"

 16:11 04.12.2023     267

Vaşinqton Ukraynaya yardım üçün nəzərdə tutulan vəsaiti tükədib.

Redaktor.az Reuters-ə istinadən xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin direktoru Şalanda Yanq ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda bildirib:

“Konqresin tədbirləri olmasa, ilin sonuna qədər Ukrayna üçün yeni silah və avadanlıq göndərişləri almaq və ABŞ-ın ehtiyatlarından avadanlıq təmin etmək üçün resurslarımız tükənəcək. Bu problemi həll etmək üçün heç bir sehrli maliyyə ehtiyatı yoxdur. Nə pulumuz var, nə də demək olar ki, vaxtımız”, - Yanq bildirib.

Oktyabr ayında ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən Ukrayna, İsrail və ABŞ sərhədlərinin təhlükəsizlik proqramlarını maliyyələşdirmək üçün təxminən 106 milyard dollar istəyib.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən