HƏMAS-ın bu silahlı qanadı Təl-Əvivə raket hücumunu öz üzərinə götürdü
Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Tel-Əvivə raket zərbələri endiriblər.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
"Əl-Qəssam Briqadaları sionistlər tərəfindən dinc sakinlərin öldürülməsinə cavab olaraq Təl-Əvivə raket hücumları həyata keçirib", - təşkilatın Teleqram kanalında dərc olunan bəyanatında deyilir.
Bildirək ki, bir qədər əvvəl HƏMAS-ın silahlı qanadı bildirib ki, onun döyüşçüləri İsrailin cənubundakı Aşkelon şəhərini atəşə tutub.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Təl-Əvivin yerləşdiyi İsrailin mərkəzi rayonlarına hava hücumu barədə xəbərdarlıq etmişdi.
NƏRGİZ