BQXK-nin prezidenti Qəzzaya gəldi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljariç dəhşətli humanitar vəziyyətin yüngülləşdirilməsi səylərinə töhfə vermək üçün Qəzza zolağına gəlib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BQXK-nın Cenevrədəki qərargahı məlumat yayıb.
O, səfər zamanı mülki əhalinin vəziyyəti ilə bağlı dərin narahatlığını ifadə edəcəyini və BQXK-nın onların əzablarını yüngülləşdirmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bir daha təsdiqləyəcəyini vurğulayıb.
NƏRGİZ