"İsrail Qəzza zolağını yenidən işğal edir"
"İsrail hakimiyyəti Qəzza zolağını yenidən işğal edir və anklav daxilində bufer zonalar yaratmağı planlaşdırır".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu sözləri Fələstinin Baş naziri Məhəmməd Ştayye Ramallahda Nazirlər Kabinetinin iclasında deyib.
"Qəzza zolağının yenidən işğalı ilə üz-üzəyik və onun daxilində bufer zonalar yaradılır. Biz bu planları tamamilə rədd edirik və bütün dünyanı onları rədd etməyə çağırırıq", - Ştayye deyib.
Ştayyenin sözlərinə görə, anklavın sahəsi bir vaxtlar təxminən 555 kvadratmetr olub, indi isə heç 364 kv.m-dən çox deyil.
Həmidə İBRAHİMLİ