Zukerberq "Meta" səhmlərini SATDI

 22:00 04.12.2023     549

Amerikalı milyarder, “Meta”nın rəhbəri Mark Zukerberq son iki ildə ilk dəfə şirkətin səhmlərini təxminən 185 milyon dollara satıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, noyabrda Zukerberqin nəzarətində olan xeyriyyə təşkilatları bazarda onun təxminən 682 min səhmini satıb. 

39 yaşlı milyarder hazırda Meta-nın təxminən 13%-nə sahibdir ki, bu da onun 117,7 milyard dollarlıq sərvətinin böyük hissəsidir.O, doqquzuncu ən zəngin adamdır.

Yusif EYVAZLI