İranın xarici işlər naziri Moskvaya GETDİ

 22:59 04.12.2023     230

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Moskvaya uçub. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, o, rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirmək niyyətindədir.

“Xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Xəzəryanı ölkələrin Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşündə iştirak etmək üçün Tehrandan Moskvaya uçub”, - deyə diplomatik departamentin Teleqram kanalında dərc olunmuş məlumatda deyilir.

Yusif EYVAZLI