"Qəzzada bu günə kimi 63 media işçisi ölüb"

 09:25 05.12.2023     235

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

Bu qeyri-hökumət təşkilatının hesabatında qeyd edildiyi kimi, qurbanların yenilənmiş siyahısında bazar günü İsrailin hava hücumu nəticəsində həlak olan Əl-Qüds televiziyasının müxbiri Həsən Fərəcallah və Əl-Məcədət televiziyasının jurnalisti Şima əl-Qəzzar da var. 

CPJ-nin məlumatına görə, 56 fələstinli, 4 israilli və 3 livanlı oktyabrın 7-dən bu yana davam edən münaqişənin növbəti gərginləşməsinin qurbanı olub, 11 jurnalist yaralanıb, daha 3 nəfər itkin düşüb.

NƏRGİZ