İsrail Qəzzada daha 3 əsgərini itirdi

 09:29 05.12.2023     217

Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha üç əsgəri həlak olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin saytında məlumat verilib.

Məlumata görə, ölənlər arasında 20 və 21 yaşlı iki çavuş, həmçinin 23 yaşlı kapitan da var. Onların hamısı "Barak" briqadasında (IDF-nin 36-cı Qaaş zirehli diviziyasının bir hissəsi) xidmət edirdi. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan israilli hərbçilərin sayı 78-ə yüksəlib.İDF sıralarında ümumi itkilər hazırda 404 nəfərdir.

NƏRGİZ