"HƏMAS liderləri yeraltı tunellər vasitəsilə Qəzzadan Misirə qaçır"
"Fələstinin radikal HƏMAS hərəkatının liderləri yeraltı tunellər vasitəsilə Qəzza zolağından çıxıb Misirdə gizlənə bilər".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyatda olan sözçüsü Conatan Konrikus deyib.
“Biz bilirik ki, müharibədən əvvəl, yəni oktyabrın 7-dən əvvəl HƏMAS-ın Qəzzanın altında geniş tunel şəbəkəsi var idi, onlar İsrailə tunellər tikmək cəhdləri ilə yanaşı, Qəzza zolağında Rəfah ilə Misir tərəfi arasında geniş tunellər şəbəkəsinə malik idilər.
Mənim bu tunellərin vəziyyəti ilə bağlı müasir məlumatım yoxdur, lakin işlək fərziyyə ondan ibarətdir ki, ən azı onlardan bəziləri hələ də fəaliyyətdədir. Ona görə də bu risk mövcuddur", - deyə Konrikus əlavə edib.
Həmidə İBRAHİMLİ