"Qəzzanın bəzi bölgələrində rabitə və internet bərpa edilib" - KİV
Qəzza zolağının bəzi ərazilərində telefon rabitəsi və internet bərpa olunub.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavda rabitə bir neçə saatlıq fasilədən sonra bərpa edilib.
Əlaqənin hansı ərazilərdə yarandığı barədə hələlik məlumat verilməyib.
Həmidə İBRAHİMLİ