Britaniya viza verilməsi qaydalarını sərtləşdirir

 09:59 05.12.2023     192

Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrant axınını azaltmaq üçün viza və iş icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Britaniyanın daxili işlər naziri Ceyms Kleverli açıqlayıb. 

Onun sözlərinə görə, onun planı sayəsində ildə qanuni miqrant axınını 300 min nəfər azaltmaq mümkün olacaq. 

C.Kleverlinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Təkliflər iş vizası üçün müraciət edən əcnəbi işçiyə işəgötürən tərəfindən ödənməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur.