Yeni Zelandiyanın paytaxtında Fələstinə dəstək aksiyası
Yeni Zelandiya parlamentinin qarşısına toplaşan yüzlərlə etirazçı ölkə hökumətini Qəzza zolağında dərhal atəşkəs tələb etməyə çağırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, ölkə radiosunun məlumatına görə, mitinq Yeni Zelandiya hökumətindən düzgün istiqamətdə addımlar atmağı tələb edən “Fələstin üçün Ədalət” və “Alternativ Yəhudi Səsləri” ictimai təşkilatları tərəfindən təşkil edilib.
"Radio New Zealand" qeyd edir ki, Yeni Zelandiya parlamentinin bir çox deputatı sonradan etirazçılara qoşulub. Leyboristlər, Yaşıllar Partiyası və Maori Partiyası fraksiyalarının nümayəndələri atəşkəsə çağırıb və hökumətdən Qəzzada qalan Yeni zelandiyalıların qohumlarına tez bir zamanda viza verilməsini istəyiblər.
NƏRGİZ