Fransa HƏMAS rəhbərinin aktivlərini bloklayır

 14:06 05.12.2023     213

Fransa hakimiyyəti Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın aktivlərini 6 ay müddətinə bloklamaq niyyətindədir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, Yəhya Sinvarın sahib olduğu və ya nəzarət etdiyi vəsaitlər və aktivlər dondurulacaq. Telekanal qeyd edir ki, bu qərar bu gün qüvvəyə minir. Lakin dondurulmuş aktivlərin həcmi dəqiqləşdirilmir.

Bildirək ki, bundan əvvəl Sinvara qarşı sanksiyalar ABŞ və Böyük Britaniya tərəfindən qəbul edilib. Bu məhdudiyyətlərə giriş qadağası və aşkar edildikdə bank hesablarının dondurulması daxildir.

NƏRGİZ