Avropa İttifaqı Ermənistana texniki missiya GÖNDƏRİR
Avropa İttifaqı Ermənistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos ötən gün Ermənistana gələn Avropa nümayəndə heyətinin səfərindən danışarkən deyib.
O, "Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, yaxın vaxtlarda Brüssel İrəvana Ermənistan silahlı qüvvələrinə dəstək üçün konkret təkliflər hazırlamaq məqsədilə texniki missiya göndərəcək.
“Daha sonra müzakirələr olacaq, lakin Avropanın Ali Nümayəndəsi Josep Borrell artıq bu istiqamətdə işləmək öhdəliyini götürüb. Bununla belə, yaxın həftələrdə təfərrüatları təqdim edəcəyik. Bu sahədə konkret təkliflər hazırlamaq üçün bu ilin sonunda və ya gələn ilin əvvəlində texniki missiyanın səfərinə hazırlaşırıq”, - deyə Maraqos bildirib.
V. Maraqos deyib ki, nümayəndə heyətinin İrəvanda keçirdiyi görüşlər zamanı “Ermənistanla Aİ-nin təhlükəsizlik və müdafiə sahələrində dialoq və əməkdaşlığı davam etdirməkdə qarşılıqlı marağı əlavə olaraq təsdiqlənib.