İsrail ordusunun itkiləri ARTDI

 15:22 05.12.2023     277

Qəzza zolağında döyüşlər nəticəsində İsrail Müdafiə Qüvvələrinin (İDF) daha iki əsgəri həlak olub - beləliklə, quru əməliyyatı zamanı həlak olan hərbçilərin sayı 80-ə çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin saytında bildirilir. 

Bildirək ki, dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS radikal hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüşləri bərpa edib.

NƏRGİZ