"Netanyahu müharibə cinayətləri törətməklə siyasi ömrünü uzatmağa çalışır" - Ərdoğan

 15:38 05.12.2023     285

Benyamin Netanyahu administrasiyası Qəzzada hərbi əməliyyat keçirərək siyasi ömrünü uzatmağa çalışır, lakin bu cür hərəkətləri ilə bütün Yaxın Şərq regionunu təhlükə altına qoyur.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada Körfəz ölkələrinin liderlərinin sammitində deyib. 

"Netanyahu administrasiyası insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməklə, siyasi ömrünü uzatmağa çalışır, lakin bütün bölgəmizin təhlükəsizliyini təhlükə altına qoyur. İsrailin cinayətləri cəzasız qalmamalıdır", - deyə Ərdoğan bildirib. 

Ərdoğanın sözlərinə görə, Türkiyə Qəzzaya humanitar yardımla iki təyyarə və iki mülki gəmi göndərib, xəstələrin və yaralıların müalicə üçün öz ərazisinə daşınmasını təmin edib. Prezident qeyd edib ki, Ankaranın prioriteti Qəzzada tezliklə atəşkəs əldə etmək, sabit sülhü təmin etmək, regiona humanitar yardımın maneəsiz çatdırılması və Fələstin probleminin iki dövlət prinsipi əsasında həll edilməsidir.

NƏRGİZ