Körfəz ölkələri Qəzzaya 1,6 milyard dollar vəsait ayıracaq

 16:35 05.12.2023     266

Doha sammitində Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyinin saytında dərc olunmuş məlumatda deyilir.

Orada bildirilir ki, sammit iştirakçıları 2009-cu ildə yaradılan Qəzza zolağının yenidən qurulması proqramı çərçivəsində əlavə 1,646 milyard dollar ayırmağı öhdələrinə götürüblər.

NƏRGİZ