Rusiya və İranın XİN rəhbərləri sanksiyalar barədə sənəd imzaladı
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, sözügedən saziş Moskvada iki ölkənin XİN rəhbərləri arasında keçirilən görüş zamanı imzalanıb.
Sənədin rəsmi adı “Birtərəfli məcburi tədbirlərlə mübarizə vasitələri və yolları, eləcə də onların mənfi nəticələrinin yumşaldılması və kompensasiya edilməsi haqqında Rusiya Federasiyasının və İran İslam Respublikasının Bəyannaməsi” adlanır.
Danışıqlar Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.