İndoneziyada vulkan püskürməsi nəticəsində ölən alpinistlərin sayı artdı
İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapılması ilə ölü sayı 22-ə çatıb.
İndoneziyanın Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib. İtkin düşən 1 nəfərin axtarışı isə davam etdirilir.
Humay İSGƏNDƏRLİ