"Quru əməliyyatlarının üçüncü mərhələsinə keçdik" - Qərargah rəisi

İsrail Qəzza zolağında HƏMAS-ın qüvvələrinə qarşı quru əməliyyatının üçüncü mərhələsinə keçir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Herzi Ha-Levi bildirib.
“Biz quru əməliyyatlarının üçüncü mərhələsinə keçdik. Qəzza zolağının şimalında HƏMAS-ın çoxlu dayaq məntəqələrini ələ keçirmişik və indi anklavın cənubundakı yaraqlıların istehkamlarına qarşı fəaliyyət göstəririk”, – qərargah rəisi bildirib.
Yusif EYVAZLI