BMT Qəzzada təhlükəsiz yerlərin olmadığını BİLDİRDİ

 22:52 05.12.2023     319

Qəzza zolağında təhlükəsiz yer qalmayıb, hətta BMT bayrağı altında sığınacaqlar belə hücuma məruz qalır. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Qəzza zolağında təhlükəsiz zonalar yoxdur. Bütün yüksək vəzifəli həmkarlarım çox dəqiq məlumat verdilər, o cümlədən dünya qurumunun baş katibi Qəzzada təhlükəsiz yerlərin olmadığını söylədi", - Dujarrik bildirib. 

O, həmçinin vurğulayıb ki, hətta minlərlə insanın sığındığı BMT bayrağı altında sığınacaqlar da münaqişənin başlanğıcından bəri təhlükəlidir.

Yusif EYVAZLI