Dünyanın ilk 4-cü nəsil AES-i işə salındı
Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.
Bildirilib ki, o, elektrik enerjisi istehsalı sahəsində təhlükəsizdir və buna görə də belə atom elektrik stansiyaları daha perspektivlidir.
“Shidaowan” adlı qurğu Şərqi Şandun əyalətində yerləşir. Artıq AES 168 saat fasiləsiz sınaq rejimində uğurla işləyib. Buna görə də rəsmi şəkildə kommersiya istismarına verilib.