251 nəfərə anklavı tərk etmək icazəsi verildi
Dekabrın 6-da ən azı 251 nəfərin - fələstinlilərin, əcnəbi vətəndaşların, ikili vətəndaşların və beynəlxalq təşkilatların nümayəndələrinin Qəzza sektorunu tərk etməsinə icazə verilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, siyahıları Fələstin anklavının sərhəd xidməti öz "Facebook" səhifəsində dərc edib.
Ümumilikdə, çıxış siyahılarına Bəhreyn, İordaniya, İrlandiya, Slovakiya, ABŞ, Türkiyə və İsveçrə vətəndaşları daxildir. Bundan başqa, siyahılara BMT-nin və “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatının əməkdaşları, “The New York Times”ın jurnalistləri də daxil edilib. Siyahıda iki azyaşlı rus da var.
Sərhəd xidmətinin yaydığı sənəddə göstərilir ki, "Sərhədsiz Həkimlər" təşkilatının 10 əməkdaşı və “World Central Kitchen” qeyri-kommersiya təşkilatının əməkdaşı Qəzza zolağına buraxılıb.
Humay İSGƏNDƏRLİ