Həlak olan İsrail əsgərlərinin sayı 410-a çatdı

 09:50 06.12.2023     261

Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin daha dörd əsgəri həlak olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, beləliklə, oktyabrın 7-də münaqişə qızışmağa başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 410-a çatıb.

Qəzza zolağında quru əməliyyatı başlayandan bəri isə İsrail ordusunun itkilərinin sayı 84-ə çatıb. 

Qeyd edək ki, dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS radikal hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüşləri bərpa edib.

Humay İSGƏNDƏRLİ