Livan İsraillə sərhəd məsələlərini həll etməyi planlaşdırır

 09:56 06.12.2023     354

"Livan-İsrail sərhədində sabitliyin yaradılması üzrə danışıqlar BMT-nin himayəsi altında yaxın aylarda keçiriləcək".

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati deyib.

"Biz ümid edirik ki, yaxın üç ay ərzində cənub sərhədimizdə tam sabitliyə nail olacağıq və İsraillə qalan mübahisəli məsələləri həll edəcəyik. Bu, Livanı müharibədən xilas edəcək",- deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, söhbət 2006-cı ildə baş vermiş münaqişədən sonra Livan-İsrail sərhədində atəşkəs yaradan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının bərpası təşəbbüsündən gedir.

Dekabrın 5-də İsrail hərbçiləri Livan ordusunun El-Edeisdəki sərhəd məntəqəsini atəşə tutublar, nəticədə bir əsgər ölüb, üç nəfər yaralanıb. 

Həmidə İBRAHİMLİ