Kahramanmaraşda zəlzələ baş verdi
Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ baş verib.
Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Məlumata görə, Kahramanmaraşın Elbistan rayonunda baş verən zəlzələ 3,4 bal gücündə olub. Saat 8:11-də baş verən zəlzələnin dərinliyi 8,66 kilometr olub.
Həmidə İBRAHİMLİ