ABŞ-ın İraqdakı hərbi bazasına PUA hücumu

"Pilotsuz uçuş aparatı (PUA) İraqın Ənbar əyalətində ABŞ-ın "Ayn əl-Əsəd" hərbi bazasına hücum edib".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə İraqın İslam Müqaviməti hərəkatına daxil olan şiə silahlı qruplaşmaları məlumat verib.
Hərəkatın Telegram kanalında dərc olunan bəyanatına görə, "Ayn əl-Əsəd"ə zərbə düşmənin Qəzza zolağında törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib.
Hərəkat tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub. Dəymiş ziyanla bağlı isə məlumat verilmir.
Həmidə İBRAHİMLİ