Çin dəniz platformasından raketlə peyk buraxıb

 13:33 06.12.2023     173

Çin dəniz platformasından yüngül bərk raket üzərində internet texnologiyasını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş peyki uğurla orbitə buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Jielong-3” daşıyıcısının buraxılışı dekabrın 6-da yerli vaxtla saat 03:24-də Quandun əyalətinin Yançzyan şəhəri yaxınlığındakı dəniz platformasından həyata keçirilib.

Dekabr ayında Çin Misir üçün "MisrSat-2" məsafədən zondlama peykini uğurla orbitə buraxıb. Çinin şimalındakı "Jiuquan" peyk buraxılış mərkəzindən kosmosa peyki olan yüngülçəkili iki mərhələli "CZ-2C" raketi buraxılıb.

Bundan əvvəl "SpaceNews" xəbər vermişdi ki, Çin havadan buraxılan raketlərdən istifadə etməklə kiçik peyklərin buraxılmasına imkan verən havadan buraxılış sisteminin yaradılması üzərində işləyir.

NƏRGİZ